“Dostluq” neft kəmərində sızma baş verdi

Polşanın Pnevı şəhərinin yaxınlığındakı “Dostluq” neft kəmərində yanacaq sızması baş verib. 

Dec 2, 2024 - 16:53
“Dostluq” neft kəmərində sızma baş verdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Wiadomosci” nəşri məlumat yayıb.

Yanğınsöndürmə xidmətinin mətbuat katibinə istinadən verilən məlumatda deyilir ki, neft kəmərinin Polşa hissəsinin operatoru “PERN” Almaniyadakı neft emalı zavoduna neft nəql edən qərb hissəsinin iki xəttindən birində sızma baş verdiyini təsdiqləyib. Zədələnmiş xətdə neftin nəqli dayandırılıb, tədarük ikinci xətt üzrə davam edir.

Yanğınsöndürmə idarəsinin nümayəndəsi bildirib ki, sakinlər üçün heç bir təhlükə yoxdur, sızma partlayış və ya yanğın təhlükəsi yaratmayıb.

“PERN”-dən “RİA Novosti”yə bildirib ki, kəmərin zədələnməsinin bütün mümkün versiyaları – təxribatdan tutmuş texniki nasazlığa qədər nəzərdən keçirilir.

Xatirə SADİQ