Ərdoğanın kürəkəni milyarderlər siyahısında ilk 10-luqda – Sərvəti...
“Forbes” jurnalı türk iş adamlarının yer aldığı milyarderlər siyahısını yeniləyib.
SAVASHMEDİA.az xəbər verir ki, jurnalın yazdığına görə sərvətlərini ən çox artıran “Baykar Technology” şirkətinin sahibləri Haluk və Selçuk Bayraktar qardaşlarıdır.
Əsasən Pilotsuz Uçuş Aparatı (PUA) kimi yüksək texnologiyalı məhsullar ixrac edən “Baykar Technology”nin 52,5 %-inə sahib olan Selçuk Bayraktarın sərvəti artaraq 2,7 milyard dollara çatıb. Bununla da Selçuk Bayraktar Türkiyənin ən zəngin iş adamları siyahısında 9-cu yerə yerləşib.
Şirkətin baş direktoru (CEO) vəzifəsini icra edən Haluk Bayraktar isə sərvətini 2,4 milyard dollara yüksəldib.
Beləliklə, Türkiyənin ən zəngin iş adamlarının TOP-10-luğu:
1. Murad Ülker – 5,3 milyard dollar
2. Şaban Cemil Kazancı – 5,1 milyard dollar
3. Erman Ilıcak – 3,7 milyard dollar
4. Feridun Geçgel – 3,4 milyard dollar
5. Ferik Faik Şahenk – 3,1 milyard dollar
6. Semahat Sevim Ersel – 3,1 milyard dollar
7. Filiz Şahenk – 2,9 milyard dollar
8. Mustafa Rahmi Koç – 2,7 milyard dollar
9. Selçuk Bayraktar – 2,7 milyard dollar
10. Mehmet Sinan Tara – 2,5 milyard dollar
Xatırladaq ki, Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.