Maduro və arvadı Venesuela xalqına müraciət etdi - MƏTN
ABŞ-nin federal təcridxanalarından birində saxlanılan Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores ilk dəfə həmvətənlərinə müraciət edərək onlara göstərdikləri dəstəyə görə təşəkkürlərini bildiriblər.
SAVASHMEDİA.az xəbər verir ki, verir ki, bu barədə Nikolas Maduronun "X" hesabında paylaşım edilib.
"Məktublarınız və dualarınız bizə çatıb. Hər bir sevgi kəlməsi, qayğı jesti və dəstək ifadəsi ruhumuzu oxşayır və bizi mənəvi cəhətdən daha da gücləndirir",- müraciətdə bildirilib.
Cütlük öz həmvətənlərini ölkədə sülhü qorumağa, milli birliyi möhkəmləndirməyə, barışıq və həmrəyliyə çağırıb: "Heç kim dinc yanaşı yaşama və qarşılıqlı hörmət yolundan yayınmamalıdır. Çünki bu, vətənin və xeyirxahlığın yoludur".
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi obyektlərə hücum edib. Əməliyyat zamanı ölkə prezidenti Nikolas Maduro və xanımı Siliya Flores ələ keçirilərək ABŞ-yə aparılıblar. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub dairəsi üzrə federal məhkəməsinə çıxarılıblar.
Məhkəmə cütlüyə qarşı narkotik ticarətində iştirak ittihamı irəli sürüb. Maduro və xanımı özlərini təqsirli bilməyiblər.
Səlcuq