İran Heydərovların rezidensiyasını vurdu - Nazirin oğlu təxliyə edildi
"ABŞ,İsrail-İran müharibəsini ilk günündə İranın atdığı raketlərdən biri Heydərovlara məxsus 6 reziensiyanın yerləşdiyi ərazinin yaxınlığına düşüb".
SAVASHMEDİA.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.
Onun iddiasına görə, ABŞ və İsrailin bombardmanlarına cavab olaraq İran fevralın 28-də Dubayı raket atəşinə tutub və raketlərdən biri PALM JUMEYRA süni adasına atılıb:
"Həmin ərazidə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Nicat və Tale Heydərovlara məxsus, müharibədən əvvəlki dəyəri 30 milyon dollar dəyərində olan 6 rezidensiya yerləşir. Raket zərbəsindən ərazidə böyük dağıntı baş verib. Zərbənin təsiri o qədər güclü olub ki, ətrafdakı binalara, o cümlədən Heydərovlara məxsus azı 2 rezidensiyaya zərər dəyib, şüşələri sınıb. Raket zərbəsi zamanı süni adada 4 nəfərin yaralandığı yerli hökumətin media ofisi tərəfindən təsdiqlənib.
Adada, raket zərbəsinin endirildiyi ərazidən bir neçə kilometr məsafdə isə Heydərovlara məxsus Sofitel The Palm Resort & Spa hoteli heç bir zərər görməyib.
İranın "Palm Jumeyra"ya zərbə endirdiyi gün Nicat Heydərov Dubayda olub və dərhal Türkiyə üzərindən Azərbaycana təxliyə olunub".
Səlcuq