“Qarabağ” Nigeriyadan 18 yaşlı legioner gətirdi

“Qarabağ”ın baxışa çağırdığı oyunçuların sayı 3-ə çatıb.

Mar 29, 2026 - 12:40
“Qarabağ” Nigeriyadan 18 yaşlı legioner gətirdi

SAVASHMEDİA.az “sportinfo.az"a istinadən xəbər verir ki, “köhlən atlar”ın yoxlanışa dəvət etdiyi növbəti futbolçu Akinrefon Mikail Adetorodur.

Nigeriyadan olan legioner hazırda əvəzedici heyətin sıralarındadır. O, bir neçə ay öncə sözügedən ölkəyə yollanmış Aftandil Hacıyev tərəfindən bəyənilib.

Klubun futbol akademiyasının koordinatorunun Nigeriyanın Laqos şəhərində izlədiyi turnirdə diqqətini çəkmiş bu gəncin cəmi 18 yaşı var. O, yarımmüdafiə xəttində çıxış edir. Onun həmyerlisi, sol cinah vingeri Onyema Françis Çukvumaobim isə bir neçə gün öncə Azərbaycana təşrif buyurub.