“Punch”ın oyuncağı satış rekordları qırır - FOTO
Günlərdir dünyanın gündəminə çevrilmiş meymun balası “Punch”ın oyuncağı satış rekordları qırıb.
SAVASHMEDİA.az xəbər verir ki, IKEA brendinə məxsus “Djungelskog” adlı oyuncaq meymunun Yaponiya, ABŞ və Cənubi Koreyadakı ehtiyatları tükənib.
Xatırladaq ki, Yaponiyanın İçikava zooparkında makaka meymunu dünyaya gətirdiyi balasını qəbul etməyib. “Punch” adı verilən bala zoopark işçilərinin təsəlli üçün verdikləri oyuncaq meymuna bağlanıb.
Digər meymunlardan özünü qorumaq üçün oyuncağını sipərə çevirib, daima onu yanında gəzdirib. “Punch”un oyuncağı ilə oynadığı anların görüntüləri sosial şəbəkələrdə ən çox izlənilən videolar arasında yer alıb.
Banu