“Rus arzusu seçkiləri oğurladı” bannerinə görə cərimələndilər – Gürcüstanda
Gürcüstanın “Azadlıq Uğrunda Vətəndaş Hərəkatı”nın Ozurgetidəki ofisində bələdiyyə yoxlaması aparılıb.
SAVASHMEDİA.az “Mtavari” telekanalına istinadən xəbər verir ki, buna səbəb ofisin eyvanında “Rus arzusu seçkiləri oğurladı” yazısının əks olunduğu bannerin asılması olub.
Meriyanın nümayəndələri banner reklamı ilə bağlı qanunun pozulduğunu əsas gətirərək təşkilatı 1500 lari məbləğində cərimə ediblər. Onkar xəbərdarlıq ediblər ki, bir gün ərzində banner yığışdırılmasa, cərimə 3000 lariyə qədər artacaq.
Təşkilat banneri götürmək əvəzinə ona “Repressiyalara yox!” sözlərini əlavə edib.
Xatirə SADİQ