“Qoşunlarımızı Ukraynaya göndərməyə hazırıq” – Britaniya baş naziri

Böyük Britaniya istənilən sülh sazişinin həyata keçirilməsini təmin etmək üçün öz qoşunlarını Ukraynaya göndərməyə hazırdır. 

Feb 17, 2025 - 13:15
“Qoşunlarımızı Ukraynaya göndərməyə hazırıq” – Britaniya baş naziri

SAVASHMEDİA.az “The Telegraph”a istinadən xəbər verir ki, bunu Brptaniyanın baş naziri Kir Starmer bəyan edib.

“Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır. Bu, Böyük Britaniyanın ən azı 2030-cu ilə qədər artıq ildə 3 milyard funt sterlinq ayırdığı Ukrayna ordusuna əlavə dəstəyə daxildir. Bu, həm də lazım gələrsə, öz qoşunlarımızı yerlərdə yerləşdirməklə Ukraynanın təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə hazır olmaq və istək deməkdir”, - nəşr Starmerin sözlərini sitat kimi gətirib.
 
Starmer nəzərə çatdırıb ki, Ukraynanın təhlükəsizliyinin təmin edilməsində istənilən rol Avropa qitəsinin və bu ölkənin təhlükəsizliyini təmin etməyə kömək edir.

Britaniyalı baş nazir bildirib ki, ölkəsi Ukraynadakı sülh prosesində Avropa və ABŞ arasında körpü kimi unikal rolunu oynaya bilər. 

“Qarşıdakı bu həlledici günlər qitəmizin gələcək təhlükəsizliyini müəyyənləşdirəcək. Parisdə deyəcəyim kimi, sülh güc vasitəsilə gəlir. Amma bunun əksi də doğrudur. Zəiflik müharibəyə aparır. Bu, hamımızın aktivləşməyimiz üçün bir andır və Birləşmiş Krallıq bunu edəcək. Çünki bu, qiymətləndirdiyimiz dəyərlər və azadlıqlar üçün doğrudur və bu, öz milli təhlükəsizliyimiz üçün əsasdır”, - deyə baş nazir vurğulayıb.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya-Ukrayna müharibəsi bitəndə həm Ukrayna, həm də Avropa nümayəndələri danışıqlar prosesinə cəlb olunacaqlar.

Xatirə SADİQ