"Mən “Şimal axını-2”ni məhv etdim” - Donald Tramp etiraf etdi
ABŞ prezidentliyinə namizəd Donald Tramp kimin “Şimal axını” qaz kəmərini məhv etdiyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Donald Tramp bunu amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
Siyasətçi demokratların onu Rusiya ilə əlaqələrdə ittiham etmək cəhdlərinə cavab olaraq deyib ki, “Şimal axını” qaz kəmərini özü məhv etdirib.
“Bildiyiniz kimi, mən “Şimal axını-2”ni məhv etdim. Onlar (demokratlar – red) mənim Rusiyanın dostu olduğumu, Rusiyaya işlədiyimi, rus casusu olduğumu deməyi xoşlayırlar. Bu insanlar xəstədirlər. Rusiyanın ən mühüm vəzifəsi “Şimal axını-2”nin tikintisi idi. Bu, Rusiyadan Almaniyaya və bütün Avropaya qazı nəql edəcək dünyanın ən böyük qaz kəməridir. Mən onu məhv etdim. Mən onu dayandırdım”, - deyə Tramp etiraf edib.
Qeyd edək ki, bu müsahibə Arizona ştatının Qlendane şəhərində tamaşaçılar qarşısında baş tutub.
Xatirə SADİQ