Maduronun 21 məmuruna sanksiya tətbiq edildi

ABŞ Maliyyə Nazirliyi Venesuelada Nikolas Maduronun rejimi ilə əlaqəsi olan 21 məmura sanksiya tətbiq edib. 

Nov 28, 2024 - 15:19
Maduronun 21 məmuruna sanksiya tətbiq edildi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin saytında məlumat yayılıb.

Söhbət Venesuelanın təhlükəsizlik qüvvələri və Nazirlər Kabineti səviyyəsində olan məmurlardan gedir. Bu şəxslər Venesuela hökumətinin indiki və ya keçmiş məmurlarıdır.

Maliyyə Nazirliyi iddia edir ki, sanksiya tətbiq edilən məmurlar 28 iyulda keçirilən prezident seçkiləri zamanı Maduronun vətəndaş cəmiyyətini sıxışdırılması istiqamətində əmrlərini yerinə yetiriblər. Bununla da Edmundo Qonsales Urrutiyanı prezident seçmiş venesuelalı seçicilərinin böyük əksəriyyətinin iradəsinə məhəl qoymayıblar. 

Nazirlik xatırladıb ki, seçkilərdən sonra Venesuela təhlükəsizlik qüvvələri demokratiya tərəfdarı olan müxalifət tərəfdarlarına qarşı kütləvi həbslər həyata keçirib, etirazları vəhşicəsinə yatırıb və insanları dinc toplaşmaq hüququndan məhrum edib,  seçilmiş prezident Edmundo Qonzales Urrutiya ölkəni tərk etməyə məcbur olub. 

Xatirə SADİQ