“Rusiya uşaqları oğurladığını etiraf etdi” - Zelenski

“İyunun 2-də İstanbulda danışıqlar zamanı Rusiya nümayəndə heyəti Rusiyanın ukraynalı uşaqları oğurladığını faktiki olaraq etiraf edib, lakin onların dəqiq sayını açıqlamaqdan imtina edib”.

Jun 3, 2025 - 11:45
“Rusiya uşaqları oğurladığını etiraf etdi” - Zelenski

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu president Volodimir Zelenski brifinqdə deyib. 

Zelenskinin sözlərinə görə, Ukrayna Rusiya Federasiyasına 400-ə yaxın uşağın siyahısını təhvil verib. Rusiya tərəfi isə 10 uşaq üzrə “nəsə hazırlamağı” təklif edib.

Ukrayna prezidenti onu da təsdiqləyib ki, rusiyalılar danışıqlar zamanı uşaqların geri qaytarılması məsələsi ilə bağlı “Ukrayna sonsuz avropalı nənələrə şou qurmasın” deyiblər.

“Biz onlara dedik ki, iyirmi min uşağı oğurlayıblar. Onlar isə dedilər ki, iyirmi min oğurluq etməyiblər. Maksimum məsələ yüzlərdən gedir. Hesab edirəm ki, bu, vacib təsbitdir. Kəmiyyət deyil, uşaqları oğurladıqları ilə razılaşdıqları faktdır. Faktın qeydə alınması mühümdür”, - deyə Zelenski diqqətə çatdırıb.
 
Xatirə SADİQ