"Atam kababçı idi, restorandan evə yağ, qoyun göndərirdi" - Bilal Əliyev + VİDEO

Xalq artisti Bilal Əliyev "Qonaqcanlı" verilişinin qonağı olub.

Nov 28, 2024 - 15:09
"Atam kababçı idi, restorandan evə yağ, qoyun göndərirdi" - Bilal Əliyev + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, ifaçı vaxtilə yaşadığı maddi çətinliklərdən danışıb.

O bildirib ki, ailəsi bir vaxtlar çətinliklə dolanıb:

"Atam gecəsini gündüzə qatıb.On övladı olub, çox yerdə işləyib. Evimizdə yeməyə heç nəyin olmadığı vaxtlar olub. Atam mənə babamın adını qoyub. Anam məni göndərirdi ki, gedib evdə heç nəyin olmadığını atama deyim. Gedib deyirdim. Atam restoranda kababçı işləyirdi. O vaxt 25-30 kiloluq yağlar olurdu, onu kəndirlə bölürdülər.Atam da yağı yarı bölüb, bir qoyunu, bir qoçu soyulmuş halda verirdi ki, aparım evə bacı qardaşım qidalansın. Vaxt keçdi atam restoranın müdiri oldu, vəziyyətimiz yaxşılaşdı" 

Səlcuq