Rusiyanın bu aktivləri qərbli investorlara veriləcək - “Reuters”
Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş milyardlarla aktivini Ukraynaya deyil, Qərb investorlarına təhvil verəcək.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Belçikanın “Euroclear” klirinq şirkəti Rusiyanın dondurulmuş aktivlərini Qərb investorlarının xeyrinə yenidən bölüşdürməyi planlaşdırır.
Bu qərar Rusiya Federasiyasının bundan əvvəl Qərb investorlarının Rusiya daxilindəki aktivlərini müsadirə etməsi ilə bağlıdır. Dondurulmuş vəsaitlərdən son aylarda Rusiyadakı aktivlərinə həbs qoyulan Qərb investorlarına kompensasiya ödəniləcək.
“Euroclear” bu məqsədlə Aİ sanksiyalarına məruz qalan Rusiya qurumlarına və fiziki şəxslərinə məxsus təxminən 10 milyard avroluq nağd puldan istifadə edəcək.
Xatirə SADİQ