“Növbəti iclasda Haşekin Medvedevdən şikayətinə baxılacaq” - Lük Tardif

Beynəlxalq Xokkey Federasiyası (IIHF) Şurasının növbəti iclasında çexiyalı idmançı Dominik Haşekin Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev barəsində şikayətini müzakirə edəcək.

May 2, 2025 - 16:19
“Növbəti iclasda Haşekin Medvedevdən şikayətinə baxılacaq” - Lük Tardif

SAVASHMEDİA.az xəbər verir ki, bunu “RİA Novosti”yə IIHF prezidenti Lük Tardif deyib. 

“Biz Hasekin məktubunu almışıq. Bu, IIHF Şurasının növbəti iclasının gündəliyindədir”, - deyə Tardif əlavə edib. 

Məlum olub ki, IIHF Şurasının növbəti iclasının tarixi hələ müəyyənləşdirilməyib.

Stenli Kubokunun ikiqat qalibi Hasek bundan öncə Alexander Oveçkinin NHL-də snayper rekorduna sevinməməyə çağırmışdı.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev həmyerlisini  təbrik edərkən Haşekə belə isnarıc göndərdi: “P.S. Biz dəli çex Hasekin intiharını gözləyirik”. 

Hasek keçmiş prezidentin bu ismarıcını ölümlə təhdid kimi qiymətləndirərək Beynəlxalq Olimpiya Komitəsinə (BOK) və IIHF-ə şikayət edib. 

Bundan sonra Medvedev köməkçisi Oleq Osipov vasitəsilə Hasekin ağır ruhi xəstəlikdən və rusofobiyadan əziyyət çəkdiyini iddia edərək ona “yolu daha diqqətli keçməyi, yoxlanılmamış yerlərdə pivə içməməyi və mütəmadi olaraq psixiatra baş çəkməyi tövsiyə etdi. 

60 yaşlı Hasek Ukraynaya genişmiqyası hücumdan sonra Rusiyaya qarşı sərt bəyanatları ilə tanınır. O, dəfələrlə NHL və digər beynəlxalq təşkilatları rusiyalı idmançıları yarışlardan tamamilə kənarlaşdırmağa çağırıb.
 
Xatirə SADİQ