"Elə bir vaxtda ölmək istəyirəm ki..." - Ramzan Kadırov 

Çeçenistan Prezidenti Ramzan Kadırov vətəndaşlarla görüşüb.

Dec 15, 2025 - 00:00
"Elə bir vaxtda ölmək istəyirəm ki..." - Ramzan Kadırov 

SAVASHMEDİA.az xəbər verir ki, görüş zamanı R.Kadırov səhhəti ilə bağlı da açıqlama verib.

“Əksini istəyənlərin olmasına baxmayaraq, səhhətim yaxşıdır” – Kadırov bildirib.

Çeçen lider qeyd edib ki, səhhətində problem olmasa da, qocalana qədər yaşamaq istəmir:

“Hamının məni sevdiyi, hörmət etdiyi bir vaxtda ölmək istəyirəm. Çünki o zaman öləndən sonra yerim dolmayacaq”.

Qeyd edək ki, uzun müddətdir ki, Ramzan Kadırovun səhhətində ciddi problemlərin olduğu iddia olunurdu. Hətta öldüyü ilə bağlı xəbərlər də yayılmışdı.

Banu