Rusiya hansı güzəştlərə gedəcək? - Tramp açıqladı
ABŞ prezidenti Donald Tramp jurnalistlərlə görüşü zamanı Ukrayna üzrə mümkün sülh sazişinin detallarından danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, ölkə başçısına Moskvanın danışıqlar çərçivəsində hansı güzəştlərə getməli olacağı barədə sual ünvanlanıb.
Tramp isə cavabında bildirib ki, Rusiyanın əsas addımı hərbi əməliyyatları dayandırmaq və yeni ərazilər ələ keçirmək cəhdlərindən imtina etmək olmalıdır.
“Onların əsas güzəşti döyüşləri dayandırmaq və daha çox ərazi ələ keçirməməkdir”, - Tramp vurğulayıb.
Aytən