Suyu çox işlədənlər cəzalandırılacaq - İRANDA

İranda 16 milyondan çox insan su qıtlığı riski ilə üz-üzədir.

Nov 10, 2025 - 19:17
Suyu çox işlədənlər cəzalandırılacaq - İRANDA

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "The Independent" yazıb.

Məqalədə qeyd edilib ki, ölkədə yağıntıların azalması səbəbindən Tehranda su anbarları boşalıb, paytaxdan insanların təxliyə ehtimalı gündəmdədir.

İran Prezidenti Məsud Pezeşkian və energetika naziri Abbas Əli Abadi sudan həddindən artıq istifadəyə görə cəzaların tətbiq oluna biləcəyini açıqlayıb.