Şolts əleyhinə çıxdı - “Diqqətlə götür-qoy etməliyik”
Almaniya kansleri vəzifəsini icra edən Olaf Şolts ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasını qadağan etmək məsələsində tələsməməyə çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Mən sürətli zərbənin əleyhinəyəm. Biz bu təsnifatı diqqətlə götür-qoy etməliyik”, - deyə kansler Hannoverdə keçirilən protestant kilsəsinin konfransında bildirib.
Qeyd edək ki, Almaniyanın Konstitusiyanı Mühafizə İdarəsi AfD-yə federal səviyyədə sağçı ekstremist təşkilat statusu verib.
Xatirə SADİQ