Polşanın yeni prezidenti Karol Navrotski oldu - Polşa KİV

Polşada keçirilən president seçkilərində Karol Navrotski qalib gəlib. 

Jun 2, 2025 - 11:39
Polşanın yeni prezidenti Karol Navrotski oldu - Polşa KİV

SAVASHMEDİA.az Polşa KİV-nə istinadən xəbər verir ki, bu barədə Polşa Milli Seçki Komissiyası məlumat yayıb. 

Məlumata görə, seçki məntəqələrinin 100 faizinin hesablanmasından sonra Milli Yaddaş İnstitutunun direktoru Karol Navrotski 50,89% səs toplayıb və prezident seçkilərinin ikinci turunda qalib gəlib. 

Onun rəqibi Varşava meri Rafal Tşaskovski 49,11% səs toplayıb.

Xatirə SADİQ