İlber Ortaylı vəfat etdi - Türk dünyasına AĞIR İTKİ

Türkiyənin məşhur tarixçisi İlber Ortaylı vəfat edib.

Mar 13, 2026 - 17:01
Mar 13, 2026 - 17:05
İlber Ortaylı vəfat etdi - Türk dünyasına AĞIR İTKİ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, bir müddətdir reanimasiyada olan Ortaylı bu gün intubasiya edildikdən sonra həyatını itirib.

Qeyd edək ki, İlber Ortaylı Azərbaycan da daxil olmaqla bütün Türk ölkələrində tanınır və sevilirdi.

Xatırladaq ki, İlber Ortaylı fevral ayında böyrəklərindəki narahatlıq səbəbindən əməliyyat olunub. Vəziyyətinin yaxşı olduğu bildirilsə də, bir müddət sonra qanaxma səbəbi ilə ikinci dəfə əməliyyata götürülüb.

Xəstəxanada müalicə alan tarixçinin vəziyyətinin ağır olduğu bildirilirdi. İki gün öncə jurnalist Fatih Altaylı izləyicilərindən dostu İlber Ortaylı üçün dua etmələrini xahiş etmişdi.

Banu