İngiltərə paytaxtında növbəti faciə baş verib
Londonda 31 yaşlı kişi avtomobilini gecə klublarından birinin yaxınlığındakı piyadaların üzərinə sürüb.
SAVASHMEDİA.az xəbər verir ki, insident barədə “Daily Mail” məlumat yayıb.
Nəşr yazır ki, avtomobil səkiyə çıxmaqdan əvvəl qarşıdan gələn zolağa çıxıb və orada dörd nəfəri vurub.
Zərərçəkənlərin hamısı xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır. Polis sürücünü saxlayıb və hadisə ilə bağlı araşdırmalara başlayıb.
Xatırladaq ki, bu yaxınlarda Almaniyanın Maqdeburq şəhərində iki avtomobilin yüksək sürətlə ərzaq bazarına çırpılması nəticəsində 11 nəfər öldü, 60-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Bu hadisəyə görə, şəhərdə Milad şənlikləri ləğv edildi.
Xatirə SADİQ