Nyu-York məhkəməsi Trampın barəsində hökmü ləğv etmədi
Nyu-York məhkəməsi ABŞ-nin seçilmiş prezidenti Donald Trampın barəsində andlılar məhkəməsinin hökmünün ləğv olunmasından imtina edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Nəşr yazır ki, hakim Xuan Merçan seçilmiş prezidentin vəkillərinin arqumentlərini rədd edib. Vəkillər iddia ediblər ki, Ali Məhkəmənin rəsmi səlahiyyətlər çərçivəsindəki hərəkətlərə görə prezidentin toxunulmazlığı ilə bağlı qərarı eks-prezidenti məsuliyyətdən azad edir. Onların fikrincə, toxunulmazlıq qərarı rüşvət işinə də şamil edilməlidir.
İttiham tərəfi təkid edib ki, Trampın günahlandırıldığı cinayətlər prezident seçilməsindən öncə törədilib.
“Tramp, çox güman ki, qərardan apellyasiya şikayəti verəcək və ona qarşı qaldırılan cinayət işlərini siyasi motivli “ifritə ovu” adlandırıb”, - nəşr yazıb.
Xatırladaq ki, Nyu-Yorkda andlılar məhkəməsi bu ilin may ayında Donald Trampı sənədləri saxtalaşdırmaqda ittiham edib. O, bu addımı intim münasibətləri barədə susması müqabilində porno aktrisa Stormi Denielsə 130 min dollar ödədiyini gizlətmək üçün atıb.
Xatirə SADİQ