Zelenski: "Rusiya bu itkiləri gizlətmətə çalışır"
“Rusiya qoşunları, ehtimal ki, Şimali Koreyadan olan döyüşçülərin itkisini gizlətməyə çalışır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə çıxışında bildirib.
“Ali Baş Komandan Şimali Koreya əsgərlərinin Rusiya ordusunun tərəfində döyüşlərdə iştirakı barədə məlumat verdi. Bu qüvvələrin məhv edilməsi ilə bağlı çoxlu təfərrüatlar var. İlkin məlumatlara görə, rusiyalılar şimali koreyalıların itkilərini gizlətməyə çalışırlar. Ukrayna Müdafiə Qüvvələri və bizim kəşfiyyatımız koreyalıların da cəlb olunduğu Rusiya bölmələrinin real itkiləri barədə tam məlumatı müəyyənləşdirir. Təəssüf ki, biz özümüzü onlardan da qorumalıyıq”.
Ukrayna prezident nəzərə çatdırıb ki, koreyalıların bu müharibədə həlak olmaları üçün heç bir səbəb yoxdur.
Qeyd edək ki, Ukrayna hərbçiləri son hücumlardan sonra Kursk vilayətində öldürülən rus və şimali koreyalı hərbçilərinin foto və videolarını yayıb.
Bazar ertəsi Baş Kəşfiyyat İdarəsi bildirib ki, 2024-cü il dekabrın 14-15-də Kursk vilayətinin Plexovo, Vorobja və Martınovka kəndlərində Şimali Koreya ordusunun bölmələri əhəmiyyətli itkilər verib. Söhbət, ən azı, 30 əsgərin ölməsindən və yaralanmasından gedir.
Xatirə SADİQ