"Mənə imkan vermirlər, özümü faydasız hiss edirəm" - Pezeşkian getməyə hazırlaşır

“İran Prezidenti Məsud Pezeşkianın Ali Rəhbər Müctəba Xamenei ilə əlaqələri kəsilib”.

Mar 19, 2026 - 13:12
"Mənə imkan vermirlər, özümü faydasız hiss edirəm" - Pezeşkian getməyə hazırlaşır

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 14” televiziyası məlumat yayıb.

Kanal mənbəsinə istinadən xəbər verib ki, Pezeşkian qapalı görüşlərdə hərbi və strateji qərarların qəbulundan tamamilə kənarlaşdırıldığını etiraf edib. 

İran prezidenti bildirib ki, onu strateji müzakirələrdən uzaq saxlayırlar, heç bir hərbi məsələ və planlarla bağlı məlumat vermirlər.

Mənbənin telekanala verdiyi məlumata görə, Pezeşkian Müctəba Xamenei ilə əlaqələrinin məhdudlaşdırıldığını da qeyd edib:

“Mən artıq Ali Rəhbərlə əlaqə qura bilmirəm, mənə heç nə etməyə imkan vermirlər. Özümü faydasız hiss edirəm. Burada edəcək bir işim yoxdur”.

Xatırladaq ki, telekanal ötən gün də İran Prezidenti Məsud Pezeşkianla İran İslam İnqilabı Korpusu (SEPAH) arasındakı münasibətlərin gərginləşdiyini yazıb. 

Məlumatda qeyd edilib ki, Məsud Pezeşkian istefa vermək qərarına gəlib və bunu bildirmək üçün İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüş tələb edib. Lakin SEPAH görüşə icazə verməyib və İran prezidentini hədələyib. 

Pezeşkian-SEPAH gərginliyinə səbəb kimi İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü göstərilib. Çünki Məsud Pezeşkian Ə.Laricaninin ölümündə SEPAH-ı günahlandıraraq, mühafizəsini lazımı səviyyədə təşkil etməməkdə ittiham edib.

Banu