Bu ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Nov 19, 2026 - 20:29
Bu ərazilərdə qaz kəsiləcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar noyabrın 20-də saat 10:00-dan işlər yekunlaşanadək Qazax rayonunun Hüseynbəyli kəndinin qaz təchizatında müvəqqəti fasilə olacaq.