Saat 10:00-dan etibarən... - Bu ərazidə yaşayanlara xəbərdarlıq

"Azəriqaz" İB-dən məlumat verilib

Dec 28, 2024 - 20:53
Dec 28, 2024 - 20:54
Saat 10:00-dan etibarən... - Bu ərazidə yaşayanlara xəbərdarlıq

Qaradağ rayonu, Ələt qəsəbəsində yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlı 29.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə SAVASHMEDİA.az-a "Azəriqaz" İB-dən məlumat verilib.

Qeyd olunub ki, həmçinin alternativ mənbədən istehlakçıların qaz təchizatının təmin olunması nəzərdə tutulur. Əks təqdirdə Qaradağ rayonu, Qobustan və Ələt qəsəbələrinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.