Gürcüstandakı erməni missiyası şikayətləndi – “Müşahidəçimizə zor tətbiq edilib”
Gürcüstanda parlament seçkilərini izləyən Ermənistan missiyasının nümayəndələri təzyiqdən şikayıt ediblər.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə “Məlumatlı Vətəndaşlar İttifaqı”nın koordinatoru Daniel İonnisyan məlumat verib.
Onun sözllərinə görə, səsvermə zamanı seçki məntəqələrinin birində Ermənistandan olan müşahidəçi fiziki cəhətdən təhqir olunub, üç seçki məntəqəsində isə erməni müşahidəçilərin işləməsinə əngəl törədilib.
“22/4 stansiyasında müşahidəçimizə qarşı fiziki zorakılıq aktı tətbiq edilib, o, stansiyadakı vəziyyəti lentə almaq istəyəndə missiya monitorinqi dayandırmağa məcbur olub”, - deyə İonnisyan vurğulayıb.
Ermənistan missiyasının tərkibində 18 müşahidəçi olub. Onlar Tiflis və regionlardakı 54 seçki məntəqəsində olublar.
Xatirə SADİQ