Trampın andiçməsi təxirə salınır? - "Heç kimin həyatını təhlükəyə ata bilmərəm"
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminin məkanı dəyişib.
SAVASHMEDİA.az CNN-ə istinadla xəbər verir ki, buna səbəb yanvarın 20-də Vaşinqtonda gözlənilən soyuq hava şəraiti olub. Bu səbəbdən inauqurasiya mərasimi qapalı məkana baş tutacaq.
Donald Trampın özü də məlumatı təsdiqləyib:
"Hava proqnozlarına əsasən Vaşinqtonda temperatur rekord həddə soyuyacaq. Heç kimin zərər görməsini istəmirəm. Ona görə də mərasimin qapalı məkanda keçirilməsinə qərar verdik".
Xatırladaq ki, qapalı məkanda and içən sonuncu prezident Ronald Reyqan olub. 1985-ci ildəki həmin tədbir zamanı güclü külək və temperaturun 7 dərəcəyə enməsi Ronald Reyqanın belə bir qərar verməsinə səbəb olmuşdui.
Trampın and içəcəyi bazar ertəsi günü isə temperaturun -5C ətrafında olacağı gözlənilir.
Oğuz