"Onun xahişini Kılıçdaroğlu etmişdi, ayıb olsun" - CHP sədri Ərdoğana da mesaj göndərdi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel partiyanın Aydından seçilmiş bələdiyyə sədri Özlem Çerçioğlunun AKP-yə keçməsinə reaksiya verib.

Aug 13, 2025 - 19:46
Aug 13, 2025 - 19:56
"Onun xahişini Kılıçdaroğlu etmişdi, ayıb olsun" - CHP sədri Ərdoğana da mesaj göndərdi

SAVASHMEDİA.az xəbər verir ki, bu gün Silivri həbsxanasında Əkrəm İmamoğlunu ziyarət edən CHP sədri həbsxana önündə jurnalistlərin suallarını cavablandırıb.

O, Özlem Çərçioğlunun AKP-yə keçidi ilə bağlı şok iddialar səsləndirib:

“Çerçioğluya deyiblər ki, ya AKP-yə keçəcəksən, ya da sən də həbs olunacaqsan. Çerçioğlu mərdlik göstərmədi. Haqsızlığa qarşı həbsdə yatan bələdiyyə sədrlərimiz kimi olmağı bacarmadı. Haqsızlığa boyun əydi. O, bizim bələdiyyə sədrliyi üçün elan etdiyimiz ilk namizəd idi. Çünki onun namizədliyini Kamal Kılıçdaroğlu xahiş etmişdi. Kamal bəyi incitməmək üçün qəbul etdik, yoxsa Aydını alacaq çox namizədimiz var idi. Biz mərdlik etdik, qarşılığında cavab bu oldu. Sabah AKP-yə qatılacaqmış. AKP-ni “Aydın”ladacaqmış, AKP-nin qara planı. Ayıb olsun”.

Fotoda Özlem Çerçioğlu

Özgür Özel Ərdoğana da mesaj göndərib:

“Ərdoğan kəlmə oyunu oynayır. Beləmi alacaqsan Aydını? Sən 31 martda CHP-yə məğlub oldun, Aydından qovuldun. Aydını almaq “ya həbsə atılacaqsan, ya da partiyama qatılacaqsan” formulu ilə olursa, mən sənə nə deyim? Bu mərdlik deyil! Gələn dəfə Aydını səndən yenə alacağam”.

Banu