Putin onu da özü ilə Alyaskaya aparacaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və Rusiya liderləri arasında Alyaskada keçiriləcək görüşdə iştirak edəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Aleksey Fadeyev bildirib:
“Ümid edirik ki, bu görüş iki liderə Ukrayna böhranından tutmuş, beynəlxalq sülhün və sabitliyin qorunması üçün böyük əhəmiyyət kəsb edən funksional ikitərəfli dialoqun qurulmasındakı maneələrə qədər yığılmış problemlərə diqqət yetirməyə imkan verəcək”, - deyə o bildirib.