Məşhur türkiyəli aktrisa əri ilə birgə qəzaya düşdü – Foto
Məşhur aktrisa Fulya Zenginer və həyat yoldaşı Kuntay Tarık Evren qəzaya düşüblər.
SAVASHMEDİA.az xəbər verir ki, onların avtomobili başqa bir avtomobillə toqquşub. Qəza nəticəsində aktrisa və həyat yoldaşı xəsarət almayıblar.
Fulya Zenginer hadisə yerindən şəkil paylaşaraq bu sözləri yazıb:
"Qardaş, bu səhər özünü də, bizi də üzdü. Cana gələcəyinə mala gəlsin. Üçümüz də yaxşıyıq.Yeri gəlmişkən, video çəkməyə hazırlaşırdım. Maşını Kuntay idarə edirdi. Gülməli deyil, amma həmin anda video çəksəydim, bir az tragikomik ola bilərdi. Adım çıxacaqdı. Deyəcəkdilər ki, hər video çəkəndə bir şey olur”.
Xatırladaq ki, aktrisa bundan əvvəl video çəkəndə zəlzələ baş vermişdi.
Banu
Fotoda: Fulya Zenginer