“Rus evi”nin əməkdaşı ev dustaqlığına buraxıldı - Oşda
Qırğızıstanda muzdlu əsgərlərin cəlb edilməsi işi ilə bağlı saxlanılan şəxslər ev dustaqlığına buraxılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “TASS” Bişkekin Pervomayski Məhkəməsinin qərarına istinadən məlumat yayıb.
Lakin “Azadlıq Radiosu”nun qırğız xidməti yazır ki, məhkəmə həmin şəxslərdən yalnız ikisi – Oşdakı “Rus Evi”nin əməkdaşı Natalya Sekerina və S.V.T adlı başqa şübhəli barəsində həbs-qətimkan tədbirinin dəyişdirildiyini bildirib.
Bu iş üzrə Oş meriyasının mətbuat xidmətinin əməkdaşı Sergey Lapuşkin və özünü “politoloq” və “afrikanist” kimi təqdim edən və jurnalist araşdırmalarına görə, Rusiya BKİ-nin (QRU) hərbi kəşfiyyatı və Yevgeni Priqojinin strukturları ilə əməkdaşlıq edən rusiyalı Viktor Vasilyev də həbs edilib.
Bundan öncə “TASS” mənbələrə istinadən xəbər vermişdi ki, şübhəlilər Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyevlə Rusiyanın respublikadakı səfiri Sergey Vakunov arasında görüşdən sonra istintaq təcridxanasından ev dustaqlığına buraxılacaqlar. Belə bir görüş faktiki olaraq aprelin 25-də baş tutmuşdu.
Xatirə SADİQ