"Benfika"nın baş məşqçisi məğlubiyyəti şərh etdi

“Bu, istədiyimiz nəticə deyildi”.

Sep 17, 2025 - 02:28
"Benfika"nın baş məşqçisi məğlubiyyəti şərh etdi

SAVASHMEDİA.az xəbər verir ki, bunu Portuqaliyanın "Benfika" klubunun baş məşqçisi Brunu Laje UEFA Çempionlar Liqasının əsas mərhələsində evdə “Qarabağ"a 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

Portuqaliyalı mütəxəssis matça yaxşı başladıqları söyləyib: "İlk yarım saat yaxşı oynadıq. “Qarabağ”ın ilk qolu bizə çətinlik yaratdı. Bundan sonra oyunda qalmaqda çətinlik çəkdik. İki qol buraxmaq bizə çox pis təsir etdi".