"Bu variant bizim işimizə yaramır" – Dmitri Peskov

“Ukraynada münaqişənin dondurulması variantı Rusiya üçün məqbul deyil”.

Nov 20, 2024 - 14:04
"Bu variant bizim işimizə yaramır" – Dmitri Peskov

SAVASHMEDİA.az xəbər verir ki, bunu RİA “Novosti”yə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Moskva üçün xüsusi əməliyyatın bütün bəyan edilmiş məqsədlərinə nail olmaq vacibdir.

Rusiya ilə Ukrayna arasında sərhədin necə keçəcəyini Kremlin müzakirə etməyə hazır olub-olmadığı barədə suala Peskov belə cavab verib: “Prezident  də artıq bildirib ki, bu münaqişənin dondurulmasının istənilən variantı bizə yaramayacaq. Hamıya yaxşı məlum olan məqsədlərimizə çatmaq bizim üçün vacibdir”.

“Reuters” mənbələrinə istinadən xəbər verib ki, Rusiya cəbhə xətti boyunca münaqişənin dondurulmasına, həmçinin Xarkov və Nikolayev vilayətlərində Rusiya hərbçilərinin nəzarətində olan kiçik ərazilərdən imtina etməyə razılaşa bilər.

Xatirə SADİQ