İşğal etdiyi ərazilərdəki gəncləri hərbi xidmətə aparır - Rusiya sözünü tutmadı

Ukraynanın işğal olunmuş Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən olan gənclər ilk dəfə olaraq Rusiya Silahlı Qüvvələrində hərbi xidmətə göndərilib.

Nov 20, 2024 - 13:58
Nov 20, 2024 - 13:59
İşğal etdiyi ərazilərdəki gəncləri hərbi xidmətə aparır - Rusiya sözünü tutmadı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Moscow Times” məlumat verib. 

Çağırışçıların orduya yola salınması mərasimi noyabrın 16-da Bataysk, Rostov vilayəti və Simferopolda baş tutub. Onlar Cənub hərbi dairəsində – Rostov vilayəti, Krasnodar diyarı və ilhaq edilmiş Krımda xidmət etməli olacaqlar.

Nəşr xatırladıb ki, bundan öncə məmurlar işğal olunmuş ərazilərdən çağırışçıların döyüş bölgəsinə göndərilməyəcəyini vurğulayırdılar. 

2022-ci ildə Rusiya tərəfindən təyin olunmuş Zaporojye vilayətinin “başçısı” Yevgeni Balitski deyirdi ki, bölgədə heç kim ən azı beş il orduya səfərbər olunmayacaq və çağırılmayacaq. Amma Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının əvvəlindən qondarma “DXR” və “LXR” sakinləri zorən “xalq milisləri”nə götürüldülər, təchiz olunmadan və təlim keçmədən cəbhəyə göndərildilər. Bu, böyük itkilərlə nəticələndi. 2022-ci ilin payızında “DXR” və “LXR” bölmələri Rusiya ordusuna daxil edildi.

Xatirə SADİQ