Netanyahu narazı qalıb - SƏBƏB
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planına HƏMAS hərəkatının reaksiyasından narazılığını bildirib.
SAVASHMEDİA.az "Axios"a istinadən xəbər verir ki, Netanyahu Trampa telefon danışığı zamanı “burada sevinəcək bir şey yoxdur” deyib. Baş nazir HƏMAS-ın cavabını əhəmiyyətsiz hesab edir.
4 oktyabrda HƏMAS Trampın planının şərtlərini yerinə yetirməyə hazır olduğunu açıqlayıb. Bu, bütün israilli girovların azad olunmasını və əsirlikdə vəfat edən şəxslərin cəsədlərinin geri verilməsini nəzərdə tutur. Cavab olaraq Tramp İsraili Qəzza sektoruna zərbələri dərhal dayandırmağa çağırıb ki, girovların təhlükəsiz azad edilməsi təmin edilsin.
Netanyahu administrasiyası isə Tramp planının birinci mərhələsinin(bütün girovların azad edilməsinin) dərhal icrasına başladığını açıqlayıb.
Qeyd edək ki, əvvəl HƏMAS silahların təslim edilməsi üçün şərt irəli sürmüşdü.