"Qarabağ" "Benfika"nı belə məğlub etdi - Qolların VİDEOSU
Ötən gün UEFA Çempionlar Liqasında əsas mərhələyə start verilib.
SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da Liqa mərhələsinin ilk oyununa çıxıb.
Qurban Qurbanovun komandası 2024/25 mövsümü Portuqaliya liqasını 2-ci yerdə tamamlayan “Benfika”nın qonağı olub.
Lissabondakı “Estadio da Luz”da keçirilən görüş "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam klubu əvvəlcə 0:2 hesabı ilə geridə olsa da, rəqib qapısına 3 qol vuraraq qalib gəlməyi bacarıb.
Oğuz
Oyunda vurulan qolların videosunu təqdim edirik: