“Fənərbaxça” Bakıya gəlmək üçün pul alıb? - “Turan Tovuz”dan İDDİAYA CAVAB

Türkiyəli jurnalist Emre Bol “Turan Tovuz”la dostluq görüşü keçirmək üçün “Fənərbağça”ya pul ödənildiyini iddia edib.

Oct 4, 2026 - 22:29
Oct 4, 2026 - 22:41
“Fənərbaxça” Bakıya gəlmək üçün pul alıb? - “Turan Tovuz”dan İDDİAYA CAVAB

Türkiyəli jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“‘Turan Tovuz" oyunu üçün Bakıya getməyə nə ehtiyac var idi, deyirdim. Ancaq "Fənərbaxça" bunun üçün pul alıbmış. Ona görə də fikrimi dəyişdim”, - Emre Bol bildirib.

Jurnalist həmçinin “Turan Tovuz”un “Fənərbaxça”nın yol, otel və digər səfər xərclərini də qarşıladığını iddia edib.

SAVASHMEDİA.az məsələ ilə bağlı “Turan Tovuz” klubu İdarə Heyətinin üzvü Nəsimi Paşayevdən münasibət öyrənib.

Nəsimi Paşayev Bakıya gəlməsi qarşılığında  “Fənərbaxça”ya hər hansı ödəniş edilmədiyini bildirib və iddianı təkzib edib.

“Fənərbaxça"nın ölkəmizə gəlməsi üçün heç bir ödəniş olmayıb. Hətta bunun söhbəti belə  edilməyib”.

Qeyd edək ki, oktyabrın 3-də Bakıda keçirilən dostluq qarşılaşmasında “Fənərbaxça” “Turan Tovuz”a 2:0 hesabı ilə qalib gəlib.

Səlcuq