"Mənə yox, Putinə təzyiq etməlisən" - Zelenski Trampa QƏZƏBLƏNDİ

“Donald Tramp mənə təzyiq göstərməyi dayandırmalıdır”.

Mar 12, 2026 - 11:59
"Mənə yox, Putinə təzyiq etməlisən" - Zelenski Trampa QƏZƏBLƏNDİ

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Politico” nəşrinə verdiyi müsahibəsində deyib.

Zelenski bildirib ki, ABŞ Rusiyaya təzyiqi artırmalıdır: 

"Bizə danışıqlar lazımdır. Biz Rusiyaya etibar etmirik, amma düşünürəm və inanıram ki, amerikalılar bu müharibəyə son qoymaq istəyirlər. Ümid edirəm ki, onlar bizə kömək edəcəklər, amma bizə, mənə yox, Rusiyaya, Rusiya Prezidenti Vladimir Putinə daha çox təzyiq göstərmələri lazımdır".

Banu