İlon Maskın narkotik testi mənfi çıxdı

Amerikalı milyarder İlon Mask narkotik testindən keçib. 

Jun 17, 2025 - 17:35
İlon Maskın narkotik testi mənfi çıxdı

SAVASHMEDİA.az xəbər verir ki, o, testin nəticələrini “X” səhifəsində dərc edib.

Sənədə əsasən, Mask xüsusən ketamin, kokain, amfetamin, ekstazi, fentanil və digər növ narkotik vasitələrdən istifadəyə görə yoxlanılıb. Test mənfi nəticə göstərib.

“The New York Times” bundan öncə xəbər vermişdi ki, ABŞ-də prezident seçkiləri kampaniyası zamanı Mask daha intensiv şəkildə narkotik qəbul etməyə başlayıb. “The Wall Street Journal” qeyd etmişdi ki, milyarderin qeyri-qanuni maddələrdən sui-istifadə etməsi barədə hələ 2024-cü ildə yazıb. 

Mask özü ketamin qəbul etdiyini etiraf etmişdi.

Xatirə SADİQ