Bu ölkənin baş nazirindən Trampa cavab 

Danimarkanın baş naziri Mette Frederiksen Qrenladiyaya səfəri zamanı ABŞ prezidenti Donald Trampın ingilis dilində müraciət edib. 

Apr 4, 2025 - 12:06
Bu ölkənin baş nazirindən Trampa cavab 

SAVASHMEDİA.az bu barədə “DR” nəşrinə istinadən xəbər verir. 

“Siz Danimarka Krallığının ərazisinin bir hissəsini ələ keçirməyi tələb edəndə, ən yaxın müttəfiqimiz tərəfindən təzyiq və təhdidlərlə üzləşdikdə, illərdir heyran qaldığımız ölkəyə münasibətdə nəyə inanmalıyıq?”, - deyə Frederiksen bildirib.

Baş nazir xatırladıb ki, sərhədlər, suverenlik və ərazi bütövlüyü prinsipləri beynəlxalq hüquqda təsbit olunub: “Bunlar fundamental prinsiplərdir. Onlar II Dünya müharibəsindən sonra formalaşıb ki, kiçik ölkələr iri ölkələdən qorxmasın. Siz başqa ölkələri ilhaq edə bilməzsiniz”. 

Danimarka hökumətinin başçısı nəzərə çatdırıb ki, ərazi iddialarını beynəlxalq təhlükəsizlik məsələləri ilə əsaslandırmaq olmaz. 

Frederiksen qeyd edib ki, ölkəsi Amerika administrasiyası ilə sıx və lazımi dialoq istəyir: “Biz Arktikada təhlükəsizliyi gücləndirmək istəyirik və bu məsələdə amerikalılarla əməkdaşlıq etməyə şadıq”.

Xatirə SADİQ