Tramp niyə heç vaxt spirtli içki içməyib? - Ailəsindəki FACİƏ
ABŞ Prezidenti Donald Tramp dəbdəbəli ziyafətlərdə iştirak etməyi xoşlasa, spirtli içki qəbul etmir.
SAVASHMEDİA.az xəbər verir ki, bunun səbəbi Trampın ailəsində baş vermiş faciə olub.
Belə ki, Trampın böyük qardaşı Fred Tramp alkoqol asılılığından əziyyət çəkirdi və 1981-ci ildə 42 yaşında vəfat edib.
Donald Tramp müsahibələrində dəfələrlə bildirib ki, qardaşının taleyi ona böyük dərs olub və məhz bundan sonra ömrü boyu spirtli içki qəbul etməməyə qərar verib.
O, həmçinin siqaret də çəkmədiyini deyib və bu qərarını həyatının ən düzgün seçimlərindən biri adlandırıb.
Maraqlıdır ki, Tramp rəsmi tədbirlərdə əlində qədəhlə görünsə də, onun içində adətən diet kola və ya digər alkoqolsuz içkilər olur.
Donald Tramp bu barədə danışarkən dəfələrlə vurğulayıb ki, qardaşının vaxtsız ölümü onun həyat tərzini və vərdişlərini tamamilə dəyişib.
Oğuz