Sükan arxasında siqaret çəkməyin cəriməsi - Hansı hallarda və MƏBLƏĞ

Avtomobil idarə edərkən siqaret çəkmək sürücülər arasında geniş yayılmış vərdişlərdən biridir. Bəs bunun cəriməsi varmı? 

Jul 6, 2026 - 18:05
Sükan arxasında siqaret çəkməyin cəriməsi - Hansı hallarda və MƏBLƏĞ

SAVASHMEDİA.az xatırladır ki, şəxsi minik avtomobilini idarə edən sürücünün sükan arxasında siqaret çəkməsinə görə cərimə nəzərdə tutulmayıb. 

Yəni şəxsi avtomobillə hərəkət edərkən siqaret çəkməyinizə görə yol polisi protokol tərtib edə bilməz.

Lakin bu qayda bütün nəqliyyat vasitələrinə aid deyil. Qanun ictimai nəqliyyatda və taksilərdə tütün məmulatlarından istifadəyə məhdudiyyət qoyur. İnzibati Xətalar Məcəlləsinə əsasən, avtobuslarda, eləcə də sərnişin daşınması həyata keçirilən taksi avtomobillərində siqaret çəkən şəxslər 40 manatdan 50 manatadək cərimə oluna bilərlər. Bu qayda həm sürücülərə, həm də sərnişinlərə şamil edilir.

Bununla yanaşı, sürücü siqaret yandırarkən və ya kötüyünü pəncərədən atarkən digər qaydaları pozarsa, əlavə məsuliyyət yarana bilər. Məsələn, siqaret kötüyünü yerə atmağa görə ayrıca inzibati cərimə tətbiq olunur.

Aytən