Doğuşun “Survivor”da huşunu itirdiyi həmin anın VİDEOSU
Türkiyəli müğənni Doğuş “Survivor” yarışmasında iştirakına davam edir.
Ötən gün yayımlanan bölümdən göründüyü kimi, Doğuşun huşunu itirdiyindən digər iştirakçılar ona kömək göstəriblər.
Özünə gələn müğənni bu vəziyyətin istidən baş verdiyini deyib.
Qeyd edək ki, Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir və cütlüyün 2 övladı var.
Xatırladaq ki, “TV8”də yayımlanan “Survivor” yarışmasına bir neçə keçmiş iştirakçı qayıdıb. 51 yaşlı Doğuş şouda 14 ildən sonra yenidən iştirak edir. (yenisabah)