“Qadın müğənnilər nankordur, elələri var, Dubaya aparmışam..." - Manaf Ağayev

Müğənni Manaf Ağayev xanım həmkarlarından narazılığını dilə gətirib. 

Jan 16, 2026 - 16:43
“Qadın müğənnilər nankordur, elələri var, Dubaya aparmışam..." - Manaf Ağayev

SAVASHMEDİA.az xəbər verir ki, müğənni bu barədə “Rəngarəng” verilişində danışıb.

M.Ağayev bildirib ki, vaxtilə dəstək olduğu qadın müğənnilər nankordur:

“Heç vaxt pis danışan, elədiyimi başa vuran adam olmamışam. Ancaq deyirəm ki, müğənnilərin hamısı nankordur. İçlərində yaxşısı yoxdur. Tərif istəmirəm, lazım da deyil, amma sayəmdə 100 manatın necə olduğunu bilənlər indi deyirlər ki, onlar üçün heç nə etməmişəm. Haramınız olsun! Elələri var ki, Türkiyəyə, Dubaya aparmışam, sayəmdə məşhur adamları, nazirləri görüblər, böyük pullar qazanıblar, amma deyir , mənə nə etmisən? Belələrinə deyirəm ki, haram xoşun olsun!”

Banu