Görüntülü yığıb Pəhləvi ilə belə məzələndilər - "Adım Adolfdur, babam atanızı..." + VİDEO

Rusiyada siyasətçilərə etdikləri zarafatlarla məşhurlaşan Vovan və Leksusun bu dəfəki hədəfi İran şahının oğlu, vəliəhd Rza Pəhləvi olub.

Mar 4, 2026 - 22:34
Görüntülü yığıb Pəhləvi ilə belə məzələndilər - "Adım Adolfdur, babam atanızı..." + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, komediyaçılar görüntülü zəng edərək özlərini Rza Pəhləviyə Almaniya kansleri Fridrix Mertsin müşavirləri kimi təqdim ediblər. Rza Pəhləvi onların təqdim etdikləri kimliyə inanıb.

Saç və bığ qoyaraq özünü Adolf Hitlerə bənzədən komediyaçı Rza Pəhləviyə “Sizə bildirim ki, mənim babam sizin atanızı tanıyırdı, o, alman ordusunda xidmət edib, 1940-ci illərdə Tehranda agent kimi fəaliyyət göstərib” deyib.

Komediya ustasının nə görünüşü, nə dedikləri, nə də adının Adolf olması Rza Pəhləvini şübhəyə salıb, o inamla çıxışına davam edib.

Danışıq zamanı komediyaçı Almaniyanın İrana qarşı hərbi əməliyyatlara hazırlaşdığını bildirib:

“Sizi inandırım ki, alman ordusu bu dəqiqə İrana hərbi əməliyyata başlaya bilər. Bizim “Taurus” raketlərimiz var və kəşfiyyatımız İranı bombardman etməyə hazırdır”.

Rza Pəhləvi isə bu ssenariyə inanaraq Avropanın İrana qarşı daha sərt mövqe tutmalı olduğunu deyib:

“Təkcə israillilər və amerikalılar deyil, daha çox insan bu səlib yürüşünə qatılmalıdır. Almaniyanın belə bir qəti mövqedə olmasından məmnunam”.

Banu