Pezeşkianın açıqlamasında Ərdoğan eyhamı - Adını çəkmədən söz göndərdi

İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərq liderlərinə müraciət ünvanlayıb.

Mar 4, 2026 - 21:20
Pezeşkianın açıqlamasında Ərdoğan eyhamı - Adını çəkmədən söz göndərdi

SAVASHMEDİA.az xəbər verir ki, M.Pezeşkian müraciətində İranın özünümüdafiədən başqa yolunun qalmadığını bildirib.

"Hörmətli dost və qonşu ölkələrin liderləri, sizin köməyinizlə və diplomatiya yolu ilə müharibədən yayınmağa çalışdıq. Lakin Amerika-sionist hərbi hücumu bizə özümüzü müdafiə etməkdən başqa çarə buraxmadı. Biz sizin suverenliyinizə hörmətlə yanaşırıq və inanmağa davam edirik ki, regionda sülh həm də region ölkələri tərəfindən təmin edilməlidir", - M. Pezeşkian vurğulayıb.

Xatırladaq ki, bu gün İrandan atılan ballistik raket Türkiyənın hava məkanına yönəlib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, İraq və Suriya hava məkanından keçərək gələn raket Aralıq dənizinin şərqində olan NATO qüvvələri tərəfindən vurulub. Raketin qalıqları Türkiyənin Hatay vilayətinin ərazisinə düşüb. 

Hadisədən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Arakçıya zəng edərək münaqişənin yayılmasına səbəb ola biləcək hər hansı addımdan çəkinməyin lazım olduğunu bildirib. İranın Türkiyədəki səfiri isə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. 

Səfirə Türkiyənin raket hadisəsi ilə bağlı reaksiyası və narahatlığı çatdırılıb.

Banu