İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı - Raket məsələsi

İran İslam Respublikasının Türkiyədəki səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Mar 4, 2026 - 20:58
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı - Raket məsələsi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, səfirə Türkiyənin raket hadisəsi ilə bağlı reaksiyası və narahatlığı çatdırılıb.

Xatırladaq ki, bu gün İrandan atılan ballistik raket Türkiyənin hava məkanına yönəlib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, İraq və Suriya hava məkanından keçərək gələn raket Aralıq dənizinin şərqində olan NATO qüvvələri tərəfindən vurulub. Raketin qalıqları Türkiyənin Hatay vilayətinin ərazisinə düşüb. Hadisədən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Arakçıya zəng edərək münaqişənin yayılmasına səbəb ola biləcək hər hansı addımdan çəkinməyin lazım olduğunu bildirib.

Banu