Zaxarova Latviyaya belə sataşdı – “Köləliyə düşmək üçün müstəqillik qazanmısınız?”
“ABŞ prezidenti Donald Trampın yardımı dondurmaq haqqında fərmanından sonra Riqa ukraynalı tibb işçilərinin təlimini dayandırmaqla Vaşinqtondan tam asılı olduğunu nümayiş etdirir”.
![Zaxarova Latviyaya belə sataşdı – “Köləliyə düşmək üçün müstəqillik qazanmısınız?”](https://savashmedia.az/uploads/images/202409/image_870x_66e6e2e74ce70.webp)
SAVASHMEDİA.az “TASS”a istinadən xəbər verir ki, bunu öz “telegram” kanalında Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.
“Latviyada Trampın xarici ölkələrə yardımın dondurulması haqqında fərmanına görə ukraynalı həkimlərin təlimini dayandırırlar. Başımda vəziyyəti dəqiq səciyyələndirən “P “hərfi ilə hansısa söz fırlanır. Yadıma düşdü! Prinsipiallıq. Latviya rejiminə sual: siz köləliyə düşmək üçün müstəqillik qazanmısınız?”, - deyə XİN nümayəndəsi əlavə edib.
Latviyanın “Vayvari” reabilitasiya mərkəzi ABŞ prezidenti Donald Trampın xarici yardım proqramlarını 90 gün müddətinə dondurmaq qərarından sonra ukraynalı tibb işçilərinin təlimini dayandırıb. LSM dövlət televiziyası və radiosunun məlumatına görə, “Vayvari” bazasında latviyalı mütəxəssislər ukraynalı həmkarları ilə hərbi əməliyyatlar zamanı yaralananlara yardımın göstərilməsi məsələsində təcrübə mübadiləsi aparıblar. Layihəni Vaşinqton maliyyələşdirirdi.
Xatirə SADİQ