AFFA iki klubu cərimələdi – 1000 və 700 manat...
AFFA "Kəpəz" və "Şamaxı" klublarını cərimələyib.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb Misli Premyer Liqasının XXI turunda baş verən qayda pozuntularıdır.
AFFA-nın İntizam Komitəsinin iclasında verilən qərara əsasən, "İmişli" - "Şamaxı" oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 700 manat cərimələnib.
"Sabah" "Kəpəz" matçının 90+8-ci dəqiqəsində isə Gəncə təmsilçisinin futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bu səbəbdən Ş. Seyidov 2 matçlıq diskvalifikasiya edilib, "Kəpəz" klubu 1000 manat məbləğində cərimələnib.
Banu